Ekvador Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib. Ermənistanda yayılan məlumatlarda qeyd olunur ki, qərar İrəvanda keçirilən COP17-nin yekun plenar iclasında gizli səsvermə nəticəsində təsdiqlənib. Matevosyanın sözlərinə görə, COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi prosesində Ekvador Respublikası COP18-in ev sahibi kimi seçilib. Nazir əlavə edib ki, COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə qədər qərar qəbul olunub. Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabrın 19-dan 30-dək İrəvanda keçirilmişdi.
Ekvador COP18-ə ev sahibliyini təsdiqlədi: Ermənistanın paylaşımı ilə yayımlandı
Ekvador Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 18-ci sessiyasına ev sahibliyi edəcəyi qərarı İrəvandakı COP17 yekununda açıqlanıb.
Mənbə: Oxu.az
(31 Oktyabr 2026)