İspaniya millisinin U-15 yaş qrupunda dünya çempionu olduğu yarışda qələbə sevincini qeyd edən baş məşqçi David Qordo Bakıda bunu FIFA ilə də paylaşdı. O, turnirin gənclər üçün dəyərli təcrübə olduğunu bildirib: “Gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, bu günü hər zaman xatırlayacaqlar. FIFA bu formatı və turniri dəstəkləməkdə davam etməlidir, çünki dünyanın hər yerindən gələn futbolçular üçün bu təcrübə əhəmiyyətlidir.”
Baş məşqçi komandasının ən böyük gücünün gənclərin peşəkar olmaq arzusuyla əlaqəli olduğunu vurğulayıb: “Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq istəyindən irəli gəlir. İspaniyada uşaq futbolunda çalışan bütün məşqçilərin əməyi mükəmməldir. Milliyə qatılan oyunçular artıq yüksək səviyyədə olduqları üçün işimiz asanlaşır.”
Mənbə məlumatına görə, İspaniya yığması finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək U-15 dünya çempionatı və festivalının qalibi olub.