Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan təhsil müəssisələrinin siyahısında dəyişikliklər edilib. Xəbərə görə, Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə Quba rayonunda fəaliyyət göstərən bir sıra məktəbəqədər və ümumi təhsil qurumlarının adları yenilənib.

Qərarın imzalanmasına əsasən, məktəbəqədər təhsil müəssisələri arasında Timiryazev adına qurum Bəhrəli, Alekseyevkaya isə Çinarlı ilə əvəz olunub. Ümumi təhsil üzrə isə Vladimirovka adlı müəssisə Elbir, Alekseyevka isə Çinarlı adlarını alıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı qanunu təsdiqləyib. Müvafiq hüquqi aktlarda Vladimirovka kəndi üçün Elbir, Alekseyevka üçün Çinarlı və Timiryazev yaşayış məntəqəsi üçün Bəhrəli adları təsdiq olunub.