Bakı Konqres Mərkəzində oktyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə qrant müsabiqələrinə dair infosessiya təşkil edilib. Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş şöbəsinin rəhbəri Tural Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, QHT Agentliyinin sədri Aygün Əliyeva, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev, Səhiyyə Nazirliyinin layihə nümayəndələri və digər məsul şəxslər çıxış edib. Tədbirə 250-dən çox QHT nümayəndəsi qoşulub.
QHT-lər üçün qrant müsabiqəsinə dair infosessiyada Qarabağ Dirçəliş Fondunun iştirakı qeyd edilib
Bakıda keçirilən infosessiyada 250-dən çox QHT nümayəndəsi iştirak edib və elan olunan qrant müsabiqələrinin şərt və məqsədləri açıqlanıb.
Mənbə: Demokrat
(31 Oktyabr 2026)