Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənovun Rusiya Federasiyasından deportasiya edildiyi və bu prosesə aid görüntülərin yayıldığı bildirilib.
Yayılan kadrlarda Həsənovun saxlanma məntəqəsindən hava limanına aparılması və oradan ölkədən çıxarılması anları əks etdirilir. Videoda onun nəzarət altında hərəkət etdirildiyi görünür.
Qeyd olunur ki, Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ötən il ləğv edilib. Bu il iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.