Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində Sülh prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ötən gün olduğu kimi bu gün də çoxlu hərəkət qadağası yaranıb.
İlkin məlumatlara görə, hadisə zamanı hərəkətdə olan “Fiat”, “Chevrolet”, “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri ilə yanaşı “Ford” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin nəqliyyat vasitələrində ciddi maddi ziyan qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi.