Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, sevgisini sözlə ifadə etməkdən çox, davranışlarla göstərən üç Bürc astrologa görə diqqət çəkir. Bu bürclər arasında xüsusi vurgulananlar Buğa, Xərçəng və Əqrəbdir.
Buğa: Venera tərəfindən idarə olunan Buğa bürcü sədaqət və qayğı ilə tanınır. Sevgisini ifadə etmək üçün sözlərdən çox davranışları seçirlər. Sevdiklərinin sevdiyi yeməyi unutmamaq, soyuq havada isti çay hazırlamaq və ya kimsə üşüməsin deyə üzərinə yorğan örtmək onların sevgi nümayişidir.
Xərçəng: Ayın təsirində olan bu bürc şəfqət və ailə bağı ilə önə çıxır. Onlar sevdiklərinin rahatlığına xüsusi əhəmiyyət verir, hətta bir həftə əvvəl danışdığınız kiçik problemi belə unutmurlar. Səhər göndərilən bir mesaj və ya çantanıza gizlicə qoyulan sevimli qəlyanaltı onların sevgisini ifadə edən kiçik jestlər arasındadır.
Əqrəb: Mars və Plutonla əlaqələndirilən Əqrəb dərin hisslər, sədaqət və sirli xarakteri ilə fərqlənir. Duyğularını açıq ifadə etməsələr də, sevdiklərinə qarşı diqqətli olmaq onların sevgisini göstərən üsuldur. Qarşı tərəfin unutduğu bir detala belə diqqət yetirmək və çətin günündə yanında olmaq onların ən əsas göstəricilərindəndir.
Astroloji baxışa görə, bu üç Bürc üçün sevgi yalnız gözəl sözlərdən ibarət deyil. Onlar diqqət, qayğı və gündəlik həyatda verdikləri kiçik, lakin mənalı davranışlarla sevgini ifadə edir.