Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Goranboy rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verib. 1988-ci il təvəllüdlü Ş. Məmmədov idarə etdiyi Ford Tranzit markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü A. Vəliyevi vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam edir.
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda yolu keçmək istəyən piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilir.
Mənbə: Yeni Sabah
(1 Noyabr 2026)