Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.

O, CNN Türk telekanalına müsahibəsində bu fikri dilə gətirib. Zelenski bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqların təşkili ilə kömək etməyə hazır olduğunu düşünür.

Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə olunmalıdır.

"Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm", – Zelenski qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kremlə rəhbərliyin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi.