Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Delaver ştatının Nyuark şəhərində, Delaver Universitetinin yaxınlığında yerləşən işlək küçədə “Halloween” gecəsi altı nəfər güllələnib. Şahidlərin verdiyi məlumata görə, atışma təşvişə səbəb olub. Yaralılar dərhal yerli xəstəxanalara çatdırılıb. Universitet rəhbərliyi isə tələbələri və işçiləri hadisə yerindən uzaq durmağa çağırıb, təcili xəbərdarlıq elan edib.