Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, bu gün Göygöldə baş verən ağır yol qəzasında 58 yaşlı Əhliman Cəbrayılov həyatını itirib. Qəzanın Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alındığı bildirilir. Hadisə anında yük maşını “Hovo” markalı olub və idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü, Göyçay şəhərindən olduğu qeyd olunan 1968-ci il təvəllüdlü Qəfərov Əhliman Cəbrayıl oğlu hadisə yerində vəfat edib.
Mərhumun ailəli olduğu və 3 övladı olduğu məlumatlar arasındadır. Əldə olunan məlumata görə, mərhum tiktinti şirkətlərinin birində yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərirmiş. Hadisə ilə bağlı faktla əlaqədar araşdırma davam edir.