Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər görüb. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yaşayış evlərinə mümkün ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
Məlumata görə, hücum başa çatdıqdan dərhal sonra zədələnmiş kommunal obyektlərin fəaliyyətinin bərpasına başlanılacaq. Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi daha əvvəl Ukraynanın 17 regiona, o cümlədən Moskva ətrafına və bir sıra vilayətlərə kütləvi hücum etdiyini açıqlayıb.