Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Şərur rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, xatirəsi ehtiramla yad edilib.

Qəbul zamanı Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlar məscid təmiri, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.