Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Hövsan–Türkan avtomobil yolunda davam edən təmir işləri çərçivəsində noyabrın 3-ü saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata görə, sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.