Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. O, öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrlə Elgün Səmədov Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilmişdi. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmağa qərar verib.

Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və medalla təltif edilib.