Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks təkrar satış platforması “Gemaee” şirkətinin təsisçisi və rəhbəridir. O, şirkətini satmaq üçün milyon dollarlıq, yeddi rəqəmlik təklifdən imtina etdiyini bildirib.

S.Möhbəliyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki uşaq anası kimi təqdim edib. O, illər ərzində müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin prosesləri özü yaratdığını qeyd edib.

“Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə bir strategiya deyil, bu, bir intizamdır”, – deyə o vurğulayıb.

Möhbəliyeva hazırda yeni mağaza üzərində işlədiyini də açıqlayıb. O, bu dəfə biznesinin yaradılması prosesini və pərdəarxası məqamları izləyiciləri ilə bölüşəcəyini bildirib.