Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Sumqayıt Bulvarında mikromobil vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək məqsədilə zolaqlar yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yeni zolaqlar mikromobil vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz mühit formalaşdırmaq üçün təşkil olunub.

Qeyd olunub ki, əvvəlki mərhələdə bulvar üzrə velosipedlər üçün parklanma məntəqələri qurulub və kirayə velosipedlər istifadəyə verilib. Bununla birlikdə ərazidə mikromobil vasitələrinin istifadəsinə əlçatanlıq artırılıb.

Gələn mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobil zolaqlarının yaradılması və şəbəkənin genişləndirilməsi planlaşdırılır.