Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakinləri ağır şəraitdən şikayət edir. Məlumata görə, 1950-ci illərdə inşa olunan binada daxili hissələrin vəziyyəti qəraətbəxşdir və təmirə ehtiyac var.
Sakinlər bildirir ki, elektrik naqilləri açıq vəziyyətdədir və sanitar qovşağında yarana bilən problemlər nəticəsində çirkab sular mənzillərə axır. Hazırda binanın zirzəmisinin də su ilə dolu olduğu vurğulanır.
“30 ildir bu binada yaşayıram. Həm işıq pulunu ödəyirəm, həm də zibil pulu veririk. Buna baxmayaraq, yaşayış şəraitimdən razı deyiləm. Dünən hamamda az qala elektrik cərəyanı vuracaqdı, naqillər düzgün işləmir”, – deyə sakinlərdən biri qeyd edib.
Sakinlərə görə, binanın yalnız fasad hissəsi təmir olunub, daxili bölmələrində əsaslı işlər görülməyib. Onlar aidiyyəti qurumlardan vəziyyətin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılmasını tələb edirlər.