14 yaşında öz dövlətini yaratmaq qərarına gələn gənc indi həmin əraziyə gedə bilmədiyi bildirilib. “Yeni Sabah” xəbər verir ki, 21 yaşlı Daniel Cekson 2019-cu ildə Xorvatiya ilə Serbiya arasındakı Dunay çayı sahilində yerləşən mübahisəli ərazidə “Verdis Azad Respublikası” adlı mikrodövlət elan edib.

Cekson və dostları xəritədə heç bir ölkənin öz ərazisi kimi tanımadığı torpaq sahəsini kəşf etdikdən sonra burada müstəqil dövlət qurmağa qərar veriblər. Layihə çərçivəsində bayraq, konstitusiya, hökumət strukturu və pasportlar hazırlanıb. Ancaq 2023-cü ildə Daniel Cekson və tərəfdarları ərazidə məskunlaşmağa cəhd edərkən Xorvatiya polisi onları həmin yerdən çıxarıb və deportasiya edib. Buna görə Ceksonun Xorvatiyaya girişinə də qadağa qoyulub. Nəticədə o, yaratdığı mikrodövləti xaricdən idarə etməyə məcbur qalıb.

Verdisin tərəfdarları vətəndaşlıq sistemi və dövlət qurumları formalaşdırsalar da, bu qurum beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmır. Cekson isə layihənin gələcəkdə tanınacağına ümid edir.

Qeyd edək ki, 2026-cı ilin oktyabrında Daniel Cekson Verdisin humanitar təşəbbüsləri ilə əlaqədar Nyu-Yorkda keçirilən tədbirdə mükafat alıb. Lakin tədbirin BMT-nin qərargahında keçirilməsi Verdisin BMT tərəfindən dövlət kimi tanınması demək deyil.