Əməkdar artist Yusif Mustafayev sosial şəbəkələrin insanların həyatına təsirindən danışıb. Sənətçi bu barədə "İncə səhər" proqramında açıqlama verib. O, telefonla çəkilişlərin artmasından narazılığını ifadə edib:

"TikTok və digər sosial şəbəkələrdə ehtiyatlı olursan. Telefon çıxardanın Allah evini yıxsın. Bizi məhv etdi. Yolu da ehtiyatla yeriyirsən, deyirsən, birdən nəsə olar, kənardan 10 adam çəkər".

Yusif Mustafayevin sözləri sosial şəbəkələrdə çəkilişlərin gündəlik həyatın bir hissəsinə çevrilməsinə münasibət kimi diqqət çəkib.