Moskva ilə Bakı arasında kruiz layneri gələcəkdə fəaliyyətə başlayacaq. Bu barədə Yaxın vaxtlarda Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov açıqlama verib. O, “Zvezda” telekanalının “Voennaya priemka” proqramında deyib ki, marşrut üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.

Nümayəndənin sözlərinə görə, su yolu ilə təşkil olunacaq səyahət ümumilikdə 14 gün davam edəcək: 7 gün səyahət, 7 gün Bakıdan dönüş. Xakimov əlavə edib ki, səfərlər lüks sinfə məxsus gəmlərlə həyata keçiriləcək.

Layihə dövlətin birbaşa dəstəyi ilə reallaşdırılır və gəmlərin inşası Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ilə maliyyələşdirilir. Hazırda tam istismar üçün yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa vurulmaq üzrədir. Əgər bu layihə uğurla baş tutarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsi və gözlənilən əməkdaşlıqlar nəzərdə tutulur.