Mülkiyyət hüququnun Azərbaycan Respublikasının Konstitusiyasında yüksək səviyyədə qorunduğu bildirilir. Bununla yanaşı, dövlət maraqları və hüquqi öhdəliklərin icrası məqsədilə qanunvericilikdə müəyyən istisna halları nəzərdə tutulur. Əsasən vətəndaşların ev üzərindəki mülkiyyət və istifadə hüquqları yalnız xüsusi dövlət ehtiyacları, maliyə-borc öhdəliklərinin yerinə yetirilməsi və ya məhkəmə qərarları əsasında tənzimlənən çərçivədə məhdudlaşdırıla bilər.