Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Diplomatik mənbələrdən alınan məlumatda bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında cari münasibətlərin vəziyyəti müzakirə olunub və tərəflər arasındakı müttəfiqlik əlaqələrinin gücləndirilməsinin əhəmiyyətinə toxunulub.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin artırılması və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.