AZCON Holding-də Data mühəndisliyi və analitika üzrə rəhbər vəzifəsinə təyinat həyata keçirilib. Mənbəyə görə, bu vəzifə Xəyyam Qəhrəmana həvalə olunub. Eyni zamanda, holdinqdə Tikinti xərclərinə nəzarət və smeta şöbəsinin müdiri vəzifəsinə də təyinat nəzərdə tutulur və bu vəzifə Nicat Yaqubluya verilib.
Qeyd olunub ki, Xəyyam Qəhrəman bundan əvvəl qurumda Baş məlumat mühəndisi kimi çalışıb. O, 2025-ci ildə AZCON Holding-ə PAŞA Bank ASC-dən keçib. Nicat Yaqublu isə indiyə qədər Holdinqin kommersiya komandasının rəhbəri olub.
AZCON Holding-in yaranma tarixi 2024-cü ildir. Holdinqin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, icraçı direktor isə Şahin Babayevdir.