Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçdi. NOCOMMENT.az xəbər verir ki, qurultaydan seçilən komissiyanın üzvləri sədrlik və sədr müavini vəzifələri üçün namizədləri elan ediblər. Təftiş Komissiyasının sədrlik vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə isə Nizami Səfərov namizəd kimi irəli sürülüb. Qeyd olunub ki, daha əvvəl də YAP-ın Vlll Qurultayından sonra formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və sədr müavini Nizami Səfərov olub.