Ekvador hökuməti Birləşmiş Millətlərinin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. Bu barədə Ermənistanın Ətraf mühit nazirinin sosial şəbəkə hesabında paylaşımlarına istinadən xəbər verilir.
Nazirin sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-nin yekun plenar iclasında keçirilən gizli səsverməsinin nəticəsinə əsasən təsdiqlənib. Matevosyan tədbirlə bağlı açıqlamasında qeyd edib ki, COP18-in ev sahibi kimi Ekvador müəyyən edilib.
Qeyd edək ki, COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi nəticəsində Ekvador Respublikası Bioloji Müxtəliflik üzrə Konvensiyanın 18-ci Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib.
Rəsmi məlumatlarda COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə yaxın qərarın qəbulu qeyd olunub.
Qeyd olunmalıdır ki, Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabrın 19-dan 30-dək İrəvanda keçirilib.