Ermənistanın müdafiə naziri Suren Papikyan orduda kriminal subkulturanın kökünü kəsmək üçün sistemli tədbirlərin həyata keçirildiyini bildirib.
Nazir bildirib ki, əmrinə əsasən, xidmət edən zabitlərə dəstək göstərmək və qoşunların fəaliyyətini daha yaxşı təşkil etmək məqsədilə Nazirliyin və Silahlı Qüvvələrin Baş Qərargahının struktur bölmələrindən cəlb edilmiş zabit qrupları hərbi hissələrə göndəriləcək.
Papikyan əlavə edib ki, göndərilən qruplar hazırda xidmətdə olan hərbi birləşmələrdə fəaliyyət göstərəcək və ordu daxilində nizam-intizamın gücləndirilməsi üçün tədbirlər həyata keçirəcəklər.