Azərbaycanda, ölümündən sonra orqan donoru kimi qeydiyyata alınan vətəndaşların sayı 1800-ə çatıb. Bu məlumat Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovanın, Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümü münasibətilə keçirilən “Ürək transplantasiyası həftəsi” çərçivəsində təşkil olunan konfransda jurnalistlərə verdiyi açıqlama əsasında deyilmişdir.
Abbasova bildirib ki, həmin vətəndaşlar beyin ölümü baş verərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya ediləcək. O əlavə edib ki, hazırda Azərbaycanda 1500-dən çox vətəndaş oraqan donorluğu üçün növbə gözləyir.
Müsahibə zamanı o, 50-dən çox şəxsün ürək transplantasiyası üçün növbədə olduğunu qeyd edib. Dünən məktub aldığını deyən Abbasova, xəstələrdən ikisinin artıq vəfat etdiyini bildirib. Ümumiyyətlə, hər il 50–60 qaraciyər gözləyən xəstələrin həyatını itirdiyi vurğulanıb.