Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin F. Xoyski küçəsi ilə Rüzigar Qasımov küçəsi kəsişməsində baş verib. 19 saylı marşrut üzrə hərəkət edən BakuBus-a məxsus avtobus, qarşı tərəfdən gələn Kia markalı minik avtomobili ilə toqquşaraq yoluna davam edən zaman ağaca çırpılıb. Nəticədə sərnişinlərdən kiminsə xəsarət almadığı bildirilir, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma başlanıb.