Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində velosipedçi vəfat edib. Hadisə oktyabırın 29-u tarixində qeydə alınıb. 1959-cu il təvəllüdlü Ədalət Bədəlovun idarə etdiyi VAZ-2109 markalı avtomobil yolun əks istiqamətində hərəkət edən velosipedçiyə çırpılıb. Hadisə nəticəsində velosipedçi, 1993-cü il təvəllüdlü Ülfət Hüseynov hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açıb və istintaq davam edir.