İranın Ali rəhbəri Müctəba Xamenei Silahlı Qüvvələrin komandirlərinə yönəlik çıxışında düşmən tərəfindən hər hansı bir təhdid qarşısında coğrafi məhdudiyyətlər qoyulmamasını və dərhal, effektiv cavab verməyi tələb edib. Qeyd olunub ki, İnqilabın Ali rəhbərinin qərarına əsasən istənilən səviyyədə və növdə təhdidlərə müvafiq cavab veriləcək.
Teleqraf ünvanlı məlumatda bildirilib ki, Xameneinin münasibətinə görə, orduların hərbi reaksiyasında sərhədlər və coğrafi məhdudiyyətlər aradan götürülməlidir. Dəftərxananın açıqlamasında vurğulanıb ki, bu qərar bütün rəsmi strukturlara şamil olunur və təhdidlərə qarşı “dərhal və effektiv” cavab verməyi tələb edir.