ABŞ prezidentinin Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında üzən barjada Avenger hava müdafiə (HHM) kompleksləri qurulub. Oxu.Az xəbərinə əsasən, bu yeniliyin detallarını “Palm Beach Daily News”in fotolarına istinadən The Telegraph yayıb.
Məlumata görə, ABŞ Məhvfi Xidməti yüksək təhlükə şəraitində fəaliyyət göstərir və qorunan şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqcıl texnologiyalardan istifadə edilir. Nəşrin iddiasına görə Avenger sistemləri avqust ayında Trampın Nyu-Cersey ştatındakı Bedminster qolf klubunun yaxınlığında da müşahidə olunub. Mar-a-Laqoda olarkən bölgədə hava məkanına məhdudiyyətlər tətbiq edilir və mühafizə xidməti terror təhdidlərini əsas gətirərək uçuşlara qadağa qoymağa çalışır.
Son bir ildə Məhvfi Xidməti tərəfindən mühafizə olunan şəxslərə qarşı təhdidlərin sayı 40%-ə yaxın artıb. Məhvfi Xidməti direktor müavini Metyu Kuinn bildirib ki, prezident orada olub-olmayışından asılı olmayaraq Mar-a-Laqo üçün hava təhlükəsi “daimi və əhəmiyyətli” olaraq qiymətləndirilir.
Qısa mənzilli mobil HHM sistemi olan Avenger pilotsuz uçuş aparatlarını, eləcə də aşağı hündürlükdə uçan təyyarə və helikopterləri məhv etməyi nəzərdə tutur. Sistemlər, pilotsuz aviasiya vasitələrinin hədəflənməsi və müdaxilə üçün dəstək verir.