Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, iki dəfə “Emmi” mükafatı laureatı olan 83 yaşlı amerikalı rejissor Maykl Mann özünü təsadüfən ayağından güllələyib. Hadisə Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. Məlumata görə, təcrübəli atıcı kimi tanınan Mann məşq zamanı silahı özü yığmağa çalışarkən qəfil atəş açılıb.
Rejissor dərhal yerli xəstəxanaya köçürülüb. Bildirilir ki, yara dərialtı səviyyədə olub və vəziyyətinin ciddiləşmədiyi, xəsarətin ağır olmadığı nəzərdə tutulur. Polis hadisəni təsdiqləyib və kişinin özünə xəsarət yetirmək niyyətində olmadığını, güllə yarasının bədbəxt hadisə nəticəsində baş verdiyini açıqlayıb.
Maykl Mann “İnsan ovçusu”, “Sonuncu mogikan” və “Döyüş” kimi filmlərlə yadda qalan bir nümayəndədir. O, həmçinin “The Jericho Miles” və “Narkotik müharibələri: Kamarena işi” miniseriallarına görə Emmi mükafatına layiq görülüb. Rejissor, həmçinin “Öz adamı” filminə görə rejissor kateqoriyasında, “Aviator” filminə görə isə prodüser kimi iki dəfə Oskar namizədi olub.