QafqazNews TASS-a istinadən xəbər verir ki, İran sərhədləri yaxınlığında hər hansı xarici hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğunu qəbuledilməz hesab edir və Ermənistan tərəfi bu barədə Tehrana zəruri zəmanətlər verib.

Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Bağayi brifinqdə bildirib. O, “İran sərhədləri yaxınlığında heç bir hərbi qüvvə və ya təhlükəsizlik qüvvəsinin olması qəbuledilməzdir. Ermənistan tərəfi bizə zəruri zəmanətlər verdi” — deyə qeyd edib.

Bağayi bildirib ki, İran ilə Ermənistan arasında münasibətlər çox yaxşıdır və iki ölkə arasında güclü etimad formalaşıb, lakin Tehranın üçüncü tərəflərə etimadı yoxdur və o, hadisələrin inkişafını diqqətlə izləyəcək.

9 noyabrda Bağayi Yerevanın Tehrana bildirdiyini, “Tramp marşrutu”nun Sünik bölgəsi vasitəsilə sərhədləri dəyişməyəcəyini və orada ABŞ hərbi qüvvələrinin yerləşdirilməyəcəyini təmin etdiyini demişdi.