QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Türkiyə Cumhurbaşkanlığı Kabinesi, Prezident Recep Tayyip Erdoğan rəhbərliyində bu gün Ankaradakı Beştepe sarayında toplanacaq.
Toplantıda iqtisadiyyat, təhlükəsizlik və xarici siyasətə dair mühüm məsələlər müzakirə ediləcək. Xüsusilə milyonlarla emeklinin gözlədiyi maaşlara dair düzəlişlər prioritet mövzulardan olacaq.
Yaxınlaşiq 17 milyon emekliyi əhatə edən refah payı tənzimləməsinin son vəziyyəti Kabinə səviyyəsində qiymətləndiriləcək. Emekli aylıqlarına yalnız inflyasiya fərqinin deyil, həm də refah payının əlavə edilməsi və ən aşağı emekli aylığının artırılması imkanları üzərində dayanılacaq.
İqtisadi idarənin hazırladığı alternativlərin Kabinə üzvlərinə təqdim edilməsi gözlənilir. Dəyişikliyə dair qanun təklifi isə Milli Məclisdə büdcə müzakirələrinin tamamlanmasından sonra parlamentə təqdim ediləcək.
Prezident Erdoğan daha əvvəl etdiyi açıqlamada emeklilərə yönəlik yaxşılaşmanın yeni il başlamazdan reallaşdırılacağını bildirmişdi.
Toplantıda ictimaiyyətdə geniş əks-səda doğuran fond təhqiqatının da son inkişafları müzakirə olunacaq. Söhbət həm məhkəmə, həm də inzibati tərəfləri ilə təhqiqatdan gedir; tasfiye qərarı verilən investisiya fondları ilə bağlı vəziyyətin qiymətləndirilməsi planlaşdırılır.
Kabinədə “Terrorçuluqdan azad Türkiyə” prosesindəki irəliləyiş də nəzərdən keçiriləcək. Terror təşkilatının silahları təhvil verməsi ilə bağlı vəziyyət və təhlükəsizlik qurumlarının hazırladığı kəşfiyyat hesabatları əsasında mövzuya baxılacaq.
Xarici siyasət gündəmində ABŞ ilə İran arasındakı gərginlik və Orta Şərqdəki son hadisələr yer alacaq. Türkiyənin diplomatik yanaşması və Hörmüz Boğazı ətrafında dəniz gediş-gəlişinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Həmçinin İsraillə bağlı Qəzzə və Suriyaya yönəlik hücumlar, Rusiya-Ukrayna müharibəsindəki son durum və Antalya şəhərində keçirilən COP31 İqlim Zirvəsinin nəticələrinin Türkiyə üçün mümkün təsirləri Kabinədə qiymətləndiriləcək.