QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, yanğın yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri göndərilib.
Hazırda alovun söndürülməsi üçün zəruri tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.