QafqazNews Kommersant-a istinadən xəbər verir ki, İsrail Müdafiə Ordusunun (TSAHAL) hərbi kəşfiyyatı baş nazir Binyamin Netanyahuya ABŞ iştirak etmədən təkbaşına İranla əməliyyat keçirməyin regionda münaqişənin genişlənməsi riskini yaratdığını bildirib.

N12 telekanalının məlumatına görə, kəşfiyyatın qiymətləndirməsinə əsasən belə bir hücum Livan, Suriya və Qəzza sektorunu əhatə edə və regionda qarşıdurmanın böyüməsinə səbəb ola bilər.

Qiymətləndirmə Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri ilə keçirilən görüşdə Netanyahuya təqdim olunub. Hərbi kəşfiyyat hesab edir ki, İsrailin təkbaşına əməliyyatı Binyamin Netanyahu və xarici kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Hofmanın düşündüyü kimi üç-beş günlə məhdudlaşmayacaq.

N12 qeyd edir ki, son həftələrdə İsraildə ABŞ-ın iştirakı və ya razılığı olmadan İrana hücum etmək imkanları aktiv müzakirə olunur. Eyni zamanda Kan telekanalının mənbəsinə istinadən bildirir ki, mənbəyə görə Netanyahu ABŞ Prezidenti Donald Trampdan İrana mümkün qədər tez zərbə endirməsini tələb etməyə davam edir.