QafqazNews Interfax-a istinadən xəbər verir ki, Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Agentliyi (EASA) İordaniya, İraq, İran, Livan və Səudiyyə Ərəbistanının hava məkanında uçuşlara dair təhlükə xəbərdarlığını 31 yanvar 2027‑ci il tarixinə qədər uzadıb.

Agentlik həmçinin hava daşıyıcılarına Fars və Oman körfəzi üzərindəki hava məkanından istifadə etməməyi tövsiyə edir.

EASA xəbərdarlıqda Yaxın Şərqdə qeyri-sabit vəziyyətlə bağlı uçuşlar üçün yüksək risklər olduğunu vurğulayır. Bu risklərə İran və ABŞ arasındakı qarşıdurma, İsrail və Livan arasındakı gərgin münasibətlər və husi yaraqlıları ilə Ər‑Riyad başçılığındakı ərəb koalisiyası arasında, habelə həmin koalisiyanın Yəmən hökumət qüvvələrinə verdiyi hərbi dəstək nəticəsində davam edən münaqişə daxildir.