QafqazNews DHA-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ara seçkilərin nəticələrinə dair proqnozlarının doğru çıxdığını bildirərək Demokratlar və İranı yanacaq qiymətlərini yüksək saxlamağa çalışmaqda ittiham edib.

Tramp öz sosial media hesabından paylaşdığı şərhdə Demokratların qələbəsi halında birjada eniş olacağı və İranın hücumlarının daha aqressivləşəcəyi barədə söylədiklərinin doğrulandığını qeyd edib.

O, İranın son həftə ərzində bir ildə fırlatdıqlarından daha çox PUA və raket atdığını, lakin onların hamısının vurulduğunu və zərərə yol açmadığını iddia edib.

Prezident İranlı liderlərin Demokratları zəif, təsirsiz və ölkəni məhv edən bir qrup kimi gördüklərini söyləyərək buna yol verməyəcəyini vurğulayıb.

Bundan əlavə Tramp həm Demokratları, həm də İranı yanacaq qiymətlərini mümkün qədər uzun müddət yüksək səviyyədə saxlamaq üçün mübarizə aparmaqda ittiham edib və seçkilərdən bu yana yanacaq qiymətlərinin rekord səviyyədə düşdüyünü bildirib.

O, seçicilərin səsvermədən əvvəl bu vəziyyəti dərk etməməsini təəssüflü hesab edib və ümumi seçki prosesini “çox qəribə” adlandırıb.