QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Fənərbağça”nın futbolçusu Romelu Lukaku Belçika yığmasında çıxışını dayandırıb.

33 yaşlı hücumçu bu qərarı barədə sosial şəbəkə hesabında məlumat verib. O, milli komandada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi dəyərləndirib və Belçika azarkeşlərinə minnətdarlığını bildirib.

Lukaku yığmada ilk oyununu 2010-cu il martın 3-də Xorvatiyaya qarşı keçirib. O, Belçika millisinin formasında 135 matçda 94 qol vurub və komandanın ən məhsuldar futbolçusu olub.

Hücumçu 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatında Belçika ilə bürünc medal qazanıb.