Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, İranın keçmiş xarici işlər naziri və parlament üzvü Mənuçöhr Müttəki ölkəsinə qarşı yönələn hər hansı hücumun Avropa torpaqlarını da əhatə edəcəyini qeyd edib. O, televiziya proqramında İrana qarşı yönələn hücumların qlobal təsirləri barədə qiymətləndirmələr aparıb. Müttəki Avropa ölkələrinin öz ərazilərini və hərbi bazalarını ABŞ-ın təyyarələrinin istifadəsinə açmasının həmin ölkələrin İrana qarşı ABŞ hücumlarına dəstək verməsi ilə nəticələnəcəyini vurğulayıb və yeni bir müharibənin “Avropaya sıçrayacağı” barədə xəbərdarlıq edib.
İranlı deputat: Müharibə Avropaya qədər genişlənə bilər
İranın keçmiş xarici işlər naziri və parlament üzvü Avropa ölkələrinin ABŞ təyyarələrinin istifadəsinə açmasıyla yeni müharibənin Avropaya sıçrayacağını bildirib.
Mənbə: Manşet
(2 Noyabr 2026)