Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması üçün nəzərdə tutulan şərtləri açıqlayıb. O, Fox News-ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp və administrasiyası ilə bu məsələyə dair “bir neçə fərqli” müzakirə aparıldığını deyib. Zelenski qeyd edib ki, Vaşinqton Kiyevdən belə hücumların dayandırılmasını istəyir.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji sisteminə zərbələrini davam etdirərsə, Ukrayna da cavab tədbirləri dayandırmağa hazırdır. Onun sözlərinə görə, alternativ variant kimi Ukrayna Patriot raket kompleksləri ilə təmin olunarsa, hücumları dayandırmağa hazır olduqlarını bildirib: “Biz onlar üçün pul ödəməyə hazırıq” – deyə Zelenski vurğulayıb.

O həmçinin əlavə edib ki, ukraynalı tərəf hücumları yalnız raketlərlə təmin edildiyi müddətcə dayandıracaq. Şərtini tez-tez təkrarlayan Zelenski qeyd edib ki, “Əgər Rusiyanın neft emalı zavodlarına hücumu bir aylıq dayandırmağımızı istəyirsinizsə, bizə bir ay müddətinə Patriot verin” fikrini ifadə edib.