ABŞ-ın birinci xanımı Melaniya Tramp əri, Prezident Donald Trampın təhlükəsizliyi ilə bağlı artan narahatlıqlarını ifadə edir.
Mənbələrə görə, Melaniya Tramp beynəlxalq təhdidlər və prezidentə qarşı baş vermiş ardıcıl sui-qəsd cəhdləri fonunda əmin-amanlıq məsələsinə daha çox diqqət yetirir. Donald Tramp isə öz təhlükəsizliyi ilə bağlı narahatlıqlara razılaşmır.
Keçmiş dövrdə baş vermiş bir neçə insident bu narahatlıqları möhkəmləndirib. 13 iyul 2024-cü ildə Pensilvaniyada keçirilən mitinq zamanı Trampın çıxışı zamanı silah səsi eşidilmiş, prezident qulağını tutaraq reaksiyə vermişdi; sonrasında cangüdənlər və polis onu tribunadan uzaqlaşdırmışdı.
Daha sonra 15 sentyabr 2024-cü ildə Trampa qarşı ikinci sui-qəsd cəhdi Floridadakı qolf klubu yaxınlığında qeydə alınmışdı.
Son hadisə 25 aprel 2026-cı ildə baş verib: Kaliforniyadan olan 31 yaşlı Koul Allen "Washington Hilton" hotelində Trampa atəş açıb. Tədbir dərhal dayandırılıb, xüsusi xidmət orqanları prezidentin təxliyəsini təmin edib. İnsident zamanı xüsusi xidmət əməkdaşlarından biri xəsarət alıb, atəş açan şəxs saxlanılıb.