Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktına hazırlıqla bağlı daxil olan məlumatı araşdırarkən bir yeniyetmənin saxlanıldığını açıqlayıb. Bildirilir ki, saxlanılan yeniyetmə “Saritsıno” muzey-qoruğunda terror aktına hazırlığa dair məlumatların saxlandığı qeyd edilən mənbəyə istinadən paylaşımlar edib. Həmçinin yeniyetmə Telegram’da neonasist məzmunlu kanala abunə olduğunu və kütləvi qətllərə dair məlumatlar axtardığını iddia edir. FTX-nin təqdim etdiyi məlumatlara görə, yeniyetmə videoda taktiki geyim, eynək və qulaqlıqla çəkilmiş şəkillərini paylaşmış və silahabənzər əşyalar görüntülənən kadrlar yayımlamışdır. Bundan əlavə, o, Saritsıno-da çəkdirdiyi fotoları “I found a place” ifadəsi ilə təqdim edib. Evində isə videoda görünən əşyaların olduğu bildirilir. Qeyd olunmalıdır ki, oktyabrın 31-də FTX ABŞ tərəfinin Moskvada terror aktına hazırlıqla bağlı məlumat verdiyini açıqlamış, buna görə paytaxtdakı muzey-qoruğun ərazisinə giriş müvəqqəti məhdudlaşdırılıb.