Bir araşdırmaya görə, cinayət tarixçəsinə düşmüş şəxslərin doğum tarixlərinə baxıldıqda, bəzi bürclər digərlərindən daha çox təmsil olunur. Nəşr olunan siyahıda dörd bürc xüsusi diqqətə layiq görülüb və bu bürclərin hamısının astrologiyada dəyişikliyin simvolu sayılan qrupda yer aldığı bildirilir.

Balıqlar bürcü ilə bağlı göstəricilər, adətən empatiya və həssaslıq ilə tanınan bir profilə işarə edir. Lakin araşdırma bu xüsusiyyətlərin bəzən insanları manipulyasiya etmək üçün də istifadə edilə biləcəyini qeyd edir. Balıqların əvvəlcə etibarı qazanıb, sonradan gözlənilməz davranış sərgiləyə biləcəyi deyilir.

Növbəti bürc Əkizlərdir. Onların ünsiyyətcil və çevik düşüncə ilə seçilməsi, dəyişkən davranışlar göstərməsi və bəzənə göstərmədikləri tərəflərini üzə çıxarması vurğulanır. Araşdırmaya görə, Əkizlər qısa müddətdə tamamilə fərqli davranışlar sərgiləyə bilirlər.

Üçüncü yerdə Qız bürcü gəlir. Analitik düşüncə və detallara diqqət ilə tanınan bu bürcü nümayəndələrinin hər addımı əvvəlcədən planlaşdırıla bilir. Məqalə müəllifi də Qız bürcündən olduğunu xüsusi olaraq qeyd edir.

Siyahını tamamlayan dördüncü bürc Oxatan hesab olunur. Azadlığı sevən, sərgüzəşti axtaran və risklərdən çəkinməyən Oxatanların sərhədləri aşmağa meyilli olduğu bildirilir. Araşdırmaya görə, onların cəsarətli və qaydalara qarşı sərbəst münasibətləri bəzən gözlənilməz nəticələrə səbəb ola bilər.