Qalatasaray İdarə Heyətinin sədr müavini Abdullah Kavukcu vəzifəsindən istefa verdiyini açıqlayıb. Klubdan verilən bəyanatda deyilir ki, Kavukcu oktyabrın 27-də keçirilən HT iclasından sonra vitse-prezident Metin Öztürk ilə aralarında baş verən mübahisə ilə əlaqədar üzvlüyündən ayrılmağa qərar verib. Kavukcu hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüf etdiyini əlavə edib və gələcəkdə də “Qalatasaray”a dəstək olacağını bildirib.
Mənbədən verilən məlumata görə, bu gün keçirilən iclas zamanı Abdullah Kavukcu ilə Metin Öztürk arasında qarşılıqlı sözlü mübahisə olub. Hadisədən sonra Öztürk də klubdakı vəzifələrindən istefa verdiyini açıqlayıb. Kavukcu açıqlamasında klubun nüfuzuna və birliyinə zərər toxunmaması üçün bu addımı atdığını vurğulayıb.