Türkiyənin DEM Partiyasının üzvü Pervin Buldan PKK-nın lideri Abdullah Öcalanın İmralı həbsxanasında köçürüldüyü yeni məkanın təfərrüatlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Buldan yeni yerin həbsxana kompleksinin daxilində yerləşdiyini və ayrıca bir məkan olmadığını bildirib.
"Bu yer həbsxananın bir hissəsidir. Həbsxanadan kənarda yerləşmir, ora həbsxananın içindən keçilir. Düşünürəm ki, bunu sadəcə iş şəraitini bir qədər yaxşılaşdıran məkan kimi təsvir etmək daha məqsədəuyğundur. Biz də ora gedəndə görüşlərimizi həmin yerdə keçiririk. Əslində, uzun müddətdir ki, Öcalan ora gəlir, bizimlə görüşür, sonra isə əvvəlki yerinə qayıdırdı. Onun artıq orada daimi qalacağı barədə isə dünən axşam Mithat Sancar məlumat verdi", - deyə Buldan qeyd edib.