Naxçıvanda keçid yolunda 9 yaşlı bir uşaq avtomobilin təsiri ilə yaralanıb. Hadisə şəhərin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında qeydə alınıb. Maple markalı avtomobil yolun qarşı tərəfə keçən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub. Xəsarət alan uşaq Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına çatdırılıb və müalicə alır. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.