Noyabrın 2-dən 8-dək davam edəcək həftə üç Bürc nümayəndəsi üçün yeni imkanlar gətirə bilər. Astroloji proqnoza görə, Balıqlar, Dolça və Oxatan bu dövrdə daha çox şanslı hesab edilirlər. Proqnoza əsasən noyabrın 4-də Merkuri ilə Günəşin Əqrəb bürcündə birləşməsi, noyabrın 7-də isə Ayın retrograd Venera ilə Tərəzi bürcündə qovuşması astroloji baxımdan mühüm anlar olacaq. Həmin tarixlər yeni perspektivlər görmək və gələcəklə bağlı qərarlar vermək üçün əlverişli sayılır.

Balıqlar üçün gözlənilməz fürsətlərin yaranacağı bildirilir. Noyabrın 4-də Merkuri ilə Günəşin birləşməsi bu bürcün nümayəndələrinə müsbət xəbərlər gətirə və əvvəllər əlçatmaz görünən planları yenidən gündəmə çıxara bilər. Eyni zamanda bəzi Balıqların ümidlərini bərpa edəcəyi və telefon zəngləri, məktub və mesajlara diqqətin artırılması tövsiyə olunur. Gözlənilən təkliflər və ya xəbərlər bu kanallar vasitəsiylə gələcək.

Dolçalar üçün gələcək həftə əsasən şəxsi istəklərin və həyatın zövq verən tərəflərinin prioritet siyahısında olacağını göstərir. Noyabrın 7-də Ay ilə retrograd Veneranın Tərəzi bürcündə qovuşması bu bürcün nümayəndələrini münasibətlər, arzular və gələcək planları üzərində düşünməyə vadar edə bilər. Astroloji şərhə görə, Dolçalar uğuru yalnız karyera və maliyyə baxımından qiymətləndirilməməli, sevgi və şəxsi xoşbəxtliyə də diqqət yetirməlidir.

Oxatanlar üçün isə düşüncələrin konkret addımlara çevrilməsi vaxtıdır. Noyabrın 4-də baş verən astroloji hadisə uzun müddət həllini gözləyən məsələlərə yeni baxış qazandıraraq irəliləyişi mümkün edə bilər. Bu bürcün nümayəndələri həyat tərzində dəyişikliklər etmək, yeni məşğuliyyətə başlamaq və ya səyahət üçün imkanlar qazana bilərlər. Keçmiş uğursuzluq və narahatlıqlar geridə qoyularaq təcrübədən nəticə çıxarılmalıdır.