Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva bu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sanksiyalardan sonra Latviya, Estoniya, Belçika və Niderland limanlarında ümumilikdə 262 min ton Rusiya gübrəsi saxlanılıb. Rusiya 2022-ci ildə bu məhsulları ehtiyacı olan ölkələrə, xüsusilə Afrika dövlətlərinə ödənişsiz verməyi təklif edib. Yevstiqneyeva əlavə edib ki, sanksiyalara baxmayaraq, Rusiya Malavi, Keniya, Nigeriya, Zimbabve, Şri-Lanka və Banqladeşə 200 min tondan çox gübrə çatdırıb.